1 Şubat 2015 Pazar

“Dinimizdə və bu dövrümüzdə qadın kişi münasibətləri”


 

Quranımızda qadın kişi münasibətlərinə aydınlıq gətirilir."Hucurat" surəsinə baxsaq, biz burada qadına münasibəti görərik.
“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız pis əməllərdən ən çox çəkinənizdir. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.”

Bundan başqa Allah insanlar arasındakı üstünlüyü kiminsə kişi ya qadın olmasıilə deyil, ona olan münasibətinə görə dəyərləndirir. Allah Quranda ona inanan qadınların və kişilərin xüsusiyyətlərindən belə bəhs edir: "Mömin kişilərlə mömin qadınlar bir-birinə hayandırlar. Mömin və möminələr insanlara yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət, hikmət sahibidir!"

Qadının və kişinin  münasibətləri “Qurani-Kərim”də bərabər şərh olunub. Burada heç birinə deyərim ki, üstünlük verilməyib. Həm qadına, həm də kişiyə öz mövqeyinə görə dəyər verilib.

Quranda kitabımızda yazılanları çox təəssüf ki, çoxları öz xeyrinə dəyişərək, özlərinə uyğun şəkildə insanlara çatdırmağa çalışıblar və çalışmaqda davam edirlər. Onun üçün indiki zamanda qadına qarşı zorakılıqlar, artmaqda davam edir. Bunu əhalisinin demək olar ki, əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanımzda da görmək olar. Belə ki, burada yalnış məlumatlar üzündən və ya cahillikdən qadınların haqları tapdanılır. Azyaşlı qızlar ərə verilir. Qadınların döyülməsi, işgəncələrə məruz qalmasına tez-tez rast gəlinir.Çox zaman nə oxumağa, nə işləməyə icazə verilmir. Bəzi ailələr bu kimi psixoloji travmaya məruz qalaraq dağılır və qadınlar atılır. Atılmış qadınlar isə cəmiyyət tərəfindən daha da tapdalanır.Əlbəttə ki, bunları cəmiyyətin bütün fərdlərinə şamil etmək doğru deyil. Amma bunlar bir həqiqətdir ki, qadınlara qarşı zorakılıq mövcuddur. Amma “Qurani-Kərim” bunları deyil, qadın ilə kişilərin bərabərhüquqlu olduğunu göstərir.

Bütün bunlara əsaslanaraq deyə bilərəm ki, qadın və kişi münasibətlərində qarşılıqlı anlaşma olmalıdır. Nə kişi özünü qadından üstün, nə də qadın özünü kişidən üstün tutmalıdır. Sadəcə hər bir qadında həyatında olan kişiyə hörmət artıq olmalıdır. Ona görə ki, qadını kənar təsirlərdən qoruyan məhz həmin yanında olan kişidir.